HƏMAS-ın hücumundan İsrailin xəbəri olubmu? - VİDEO

HƏMAS-ın hücumundan İsrailin xəbəri olubmu? - VİDEO

Hazırda oxunan: HƏMAS-ın hücumundan İsrailin xəbəri olubmu? - VİDEO

159035

“Belə bir versiya geniş yayılıb ki, İsrail guya HƏMAS tərəfindən hücuma özü imkan verib. Səbəb isə guya budur ki, sərt cavab üçün özünə bəraət qazandıra bilsin. Bütün konspirasiya nəzəriyyələri kimi, bunu da təkzib etmək çətindir. Çünki bu iddia daşlaşmış stereotipə söykənir: İsrail kəşfiyyatı dünyanın ən yaxşılarından biridir, ordunun hazırlığı yüksək səviyyədədir, ən müasir texnikalarla təchiz olunub və sair. Yəni guya bütün bunlara görə İsrail hansısa hücumun hazırlanmasından xəbərsiz ola bilməzdi”.

Bizim.Media xəbər verir ki, bu barədə “Caliber”in “YouTube” kanalında yayımlanan süjetində deyilir.

Mənbə yazır ki, gerçəkliyin özü bu iddianı təkzib edir:

“İsrailin həm mülki, həm də hərbi itkilərinin miqyası o qədər böyük oldu ki, hücuma icazə vermək nəzəriyyəsi puça çıxır. Əgər hansısa “hücum bəhanəsi” lazım olsa idi, onu daha az itkilərlə təmin etmək olardı”.
Terrorçuların uzun illər boyu xüsusi hazırlaşdığını qeyd edən müəllif bildirir ki, İsrailin ərəb dövlətləri ilə münasibətlərini düzəltməyə çalışdığı bir məqamda Fələstinlə qarşıdurmanın güclənməsi Təl-Əvivin ümumiyyətlə marağında deyil.

Daha ətraflı süjetdə:
 


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO