İlon Mask sabah Bakıda keçirilən Astronavtika Konqresində ÇIXIŞ EDƏCƏK – ÖZƏL/VİDEO

İlon Mask sabah Bakıda keçirilən Astronavtika Konqresində ÇIXIŞ EDƏCƏK – ÖZƏL/VİDEO

Hazırda oxunan: İlon Mask sabah Bakıda keçirilən Astronavtika Konqresində ÇIXIŞ EDƏCƏK – ÖZƏL/VİDEO

158350

“Beynəlxalq Astronavtika Konqresi o konqreslərdəndir ki, orada hər dəfə kosmik simalar olur. Kosmik sima dedikdə İlon Mask ağıla gəlir. Sabah, saat 17:45-də İlon Mask onlayn olaraq bizim konqresə qoşulacaq”. 

Bu fikirləri Bizim.Media-ya müsahibəsində Azərkosmos-un sözçüsü Fidan Behbudova deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

İlon Mask Azərbaycana gələcək?


Qurum rəsmisi qeyd edib ki, 74-cü Beynəlxalq Astronavtika Konqresinin 5-ci günündə milyarder, kosmik yatırımları ilə seçilən İlon Maskın sabahkı bağlantısı üçün hazırlıq prosesləri gedir:

“Hazırlıqlar gedir. O, öz nitqi ilə çıxış edəcək. Təbii ki, bu çıxışı müxtəlif platformalardan canlı izləmək mümkün olacaq. İlon Mask bizim konqres iştirakçılarına müraciət edəcək və kosmosun gələcəyi haqqında öz fikirlərini bizimlə bölüşəcək”.

Fidan Behbudova həmçinin bildirib ki, Azərkosmos Maskın “Space X” şirkəti ilə əməkdaşlıq edir ki, bu əməkdaşlığın genişləndirilməsi üçün də işlər davam etdirilir.

“İlon Maskın rəhbərlik etdiyi “Space X” şirkəti ilə bu ilin may ayında "Starlink" peyklərinin Azərbaycanda istifadəsi ilə bağlı əməkdaşlıq müqaviləsi imzalamışıq. Hazırda da bu əməkdaşlığın daha da genişləndirilməsi prosesi gedir”.

Daha ətraflı videoda:


Tehran Orucoğlu, Nicat Niftəliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO