31 il sonra soydaşımızın ayağı Xocalıya dəyib.
Bizim.Media xəbər verir ki, bununla bağlı görüntülər Telegram kanallarında yer alıb.
Videoda o, küçələri gəzərək evlərin kimə məxsus olduğunu deyib.
Xatırladaq ki, Xocalı şəhəri 1992-ci ilin 26 fevral tarixindən Ermənistan tərəfindən işğal olunub. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Xocalı şəhəri Rusiya Sülhməramlı kontingentinin nəzarəti altında olub.
19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatlarından sonra, Yevlax rayonunda keçirilən danışıqların nəticəsində Xocalı rayonu 24 sentyabr 2023-cü ildə Azərbaycan Respublikasının nəzarətinə keçib.
Bizim.Media