Rusiya Federasiyasının Xarici İşlər Naziri Serqey Lavrov Çin Xalq Respublikasına səfərindən sonra Cənubi Koreyaya gedib.
Bizim.Media Rusiya KİV-nə istinadən xəbər verir ki, XİN başçısı Cənubi Koreyada böyük atəşfəşanlıqla qarşılanıb.
Səfər çərçivəsində Lavrov iki ölkə arasında “Qarşılıqlı Mübadilə İlinin” açılış mərasimində iştirak edib. Bu, Moskva ilə Seul arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümünə təsadüf edir.
Rusiya-Cənubi Koreya münasibətlərinin ildönümü ilə bağlı qarşılıqlı mübadilə tədbirinin açılışı 2020-ci ildə planlaşdırılsa da pandemiyaya görə təxirə salınıb.
Qeyd edək ki, Qarşılıqlı Mübadilə İli proqramı siyasi, ticarət, iqtisadi, mədəni, humanitar və digər sahələrdə 300-dən çox tədbirdən ibarətdir. Bu proqram ikitərəfli əlaqələrin inkişafını sürətləndirməyə və iki ölkə xalqlarının bir-birinə marağını artırmağa kömək edəcək.
Bizim.Media