FHN Xankəndidəki yanğını SÖNDÜRDÜ – FOTO/VİDEO

FHN Xankəndidəki yanğını SÖNDÜRDÜ – FOTO/VİDEO

Hazırda oxunan: FHN Xankəndidəki yanğını SÖNDÜRDÜ – FOTO/VİDEO

157121

Xəbər verildiyi kimi, sentyabrın 25-də Azərbaycanın Xankəndi şəhərinin yaxınlığında yanacaqdoldurma məntəqəsində baş vermiş yanğınla əlaqədar əraziyə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. 

Bizim.Media xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Xankəndini tərk edənlər bütün arxiv sənədləri YANDIRIR – VİDEO 


Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı yanğının ehtiyat yanacaq çənləri parkında baş verdiyi və genişlənmə riskinin yüksək olduğu müəyyən edilib.

Yanğınsöndürənlərin fədakarlığı və peşəkar fəaliyyəti sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. 

Ətraf ərazilər, o cümlədən digər yanacaq çənləri yanğından mühafizə olunub.







Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO