Böyük Britaniyada koronavirus səbəbilə ölənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib
Bizim.Media BBC-yə istinadən xəbər verir ki, ölkədə ölənlərin sayı 126.000 nəfərə çatıb.
MÖVZU İLƏ BAĞLI:
Dünyada COVID-19-dan ölənlərin sayı 2.5 milyonu ötdü
Xatırladaq ki, tam bir il bundan əvvəl İngiltərənin Baş naziri Boris Conson ilk ümumxalq karantininin tətbiq olunduğunu elan edib. Ondan sonra İngiltərədə daha 2 dəfə sərt karantin rejimi tətbiq olunub.
Ölkədəki pandemiya zamanı 4.3 milyon insan koronavirus xəstəliyinə tutuldu, 126.4 min insan öldü. Bu, Avropadakı ən pis ölüm nisbətidir.
Axşam saat 8-də isə krallığın hər yerində "xatirə mayakı" aksiyası başlayıb:
İngilislər əllərində şam və fənərlərlə evlərinin qapısına çıxıblar. Ayrıca, hava qaraldıqdan sonra London və digər böyük şəhərlərdəki bütün əsas binalar xüsusi işıqlandırma sistemi ilə sarı rəngə boyanıb.
Vüsalə Balayeva, Bizim.Media