İslandiyadakı vulkanın ölüm saçan mənzərəsi – ANBAAN VİDEO

İslandiyadakı vulkanın ölüm saçan mənzərəsi – ANBAAN VİDEO

Hazırda oxunan: İslandiyadakı vulkanın ölüm saçan mənzərəsi – ANBAAN VİDEO

15629

İslandiyada oyanan Fagradalsfyadıl vulkanı püskürərkən ortaya nadir görüntülər çıxıb.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, 4 gün bundan əvvəl Reykjavik yaxınlığında püskürən vulkan seysmoloqların fikrincə, tədricən səngiməyə başlayıb. Bir neçə yüz metr uzunan çatdan  yavaş-yavaş axan lava cənub-qərbə və qərbə tərəf yön alaraq çay kimi axıb. 

 

MÖVZU İLƏ BAĞLI:

24 saatda iki dəfə vulkan püskürdü, uçuşa qadağa qoyuldu


Püskürmə zamanı lava səmanı qırmızı rəngə boyayıb. 

Vulkanın baş verdiyi anlarda atmosferə az miqdarda kül atılıb. Lakin əsas təhlükə hadisə zamanı havaya buraxılan zərərli qazlar, ilk növbədə kükürd dioksidindir.

Bu səbəbdən də vulkanın yaxınlığında yaşayan insanlara pəncərələrini bağlı saxlamağı tövsiyə olunub.

Meteoroloqlar əhalini sürüşmə təhlükəsi barədə də xəbərdar ediblər.

Vulkanın çay kimi axan lavası isə dron vasitəsi ilə anbaan görüntülərə alınıb. Həmin görüntüləri təqdim edirik:

Bizim.Media 
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO