Dünən yerli vaxtla saat 11.30 radələrində şimşək çaxdıqdan sonra Türkiyə Böyük Millət Məclisinin (TBMM) bağçasındakı çinar ağacına ildırım düşüb.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “eskisehirhaber.com” saytı yayıb.
Mənbə yazır ki, TBMM şəhərciyi içərisindəki ağaca dəyən ildırım ətrafda çaxnaşmaya səbəb olub.
Tarixi ağac ildırım vurması nəticəsində ikiyə bölünüb. Polis əməkdaşları və TBMM personalı əraziyə baxış keçiriblər.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Bizim.Media