ABŞ-da atışma: ölənlərin sayı 10-a çatdı - VİDEO

ABŞ-da atışma: ölənlərin sayı 10-a çatdı - VİDEO

Hazırda oxunan: ABŞ-da atışma: ölənlərin sayı 10-a çatdı - VİDEO

15586

ABŞ-ın Kolorado ştatında bir supermarketdə baş verən atışma nəticəsində ən azı 10 nəfər ölüb.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “tass.ru” agentliyi Boulder Şəhər Polis İdarəsinə istinadən yayıb.

Qurum informasiyanı “Twitter”də yazıb.

Bundan əvvəl KİV-lər hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşı da daxil olmaqla ən azı altı nəfərin öldüyünü yazmışdı. 

 

MÖVZU İLƏ BAĞLI:

ABŞ-da atışma: 2 ölü, 13 yaralı var


Polis qurbanların yaxınlarına xəbər verməyincə ölənlərin dəqiq sayını açıqlamayıb.

Şəhər polis idarəsinin sözçüsü daha əvvəl atəş nəticəsində bir hüquq-mühafizə orqanının əməkdaşının öldüyünü təsdiqləmişdi. Boulder Polis Şöbəsinin rəisi Maris Gerold bazar ertəsi axşamı bir mətbuat konfransında açıqladığı kimi, söhbət atışma ilə əlaqədar ilk dəfə çağırışa gələn 51 yaşlı polis Eric Talleydən gedir. Gerold iddia edilən cinayətkarın tutulduğunu təsdiqləyib.

Atəş açan şəxsin motivləri məlum deyil, şəxsiyyəti açıqlanmayıb. Polis şöbəsi rəhbərinin sözlərinə görə, hadisənin araşdırılması bir neçə gün çəkə bilər.

Qeyd edək ki, bazar ertəsi günü King Soopers supermarketinin yaxınlığında naməlum şəxs atəş açıb. Daha sonra binaya daxil olub. 

Ağ Evin sözçüsü Jen Psaki ABŞ prezidenti Co Baydenin hadisə ilə əlaqədar məlumatlandırıldığını söyləyib.

Bizim.Media
 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO