"İkinci Qarabağ müharibəsi 27 sentyabr 2020-ci ildə başlayıb və 44 gün davam edib. Həmin müddət ərzində Azərbaycan öz torpaqlarını erməni işğalından azad edib."
Bizim.Media xəbər verir ki, bu barədə ukraynalı hərbi jurnalist Roman Boçkalanın hazırladığı videoreportajda bildirilir.
MÖVZU İLƏ BAĞLI:
Xarici jurnalistdən ermənilərə çağırış - “Azərbaycanın tərkibində yaşamaq daha yaxşıdır” - FOTO
Qeyd edək ki, bugünlərdə Boçkala Qarabağdan xüsusi reportaj hazırlayıb. Hərbi jurnalist əsas diqqəti ermənilər tərəfindən tamamilə dağıdılan ruhlar şəhəri Ağdama yönəldib:
“Biz Qarabağın bugünkü vəziyyətini və gələcəkdə bölgəni nələrin gözlədiyini nümayiş etdirəcəyik".
R.Boçkala Azərbaycanın qələbəsində Prezident İlham Əliyevin müstəsna xidmətlərini qeyd edərək hərbi uğurun məhz Ali baş komandanın adı ilə bağlı olduğunu vurğulayır.
Daha ətraflı məlumat üçün jurnalistin "YouTube" kanalında bölüşdüyü 33 dəqiqəlik videomaterialı təqdim edirik.
Bizim.Media