Xəbər verdiyimiz kimi bu gün İstanbulda leysan yağışları nəticəsində şəhəri sel suları basıb.
Bizim.Media xəbər verir ki, İstanbul Bələdiyyə Başçısı Əkrəm İmamoğlu daşqınlarda iki nəfərin öldüyünü açıqlayıb.
*** 23:58
Türkiyənin İstanbul şəhərinə yağan leysan yağışları fəsadlar törədib.
Bizim.Media xəbər verir ki, şəhərin Başakşəhər rayonunda küçələri və hətta metro stansiyalarını su basıb.
Onlarla insan şəhərin Milli Kitabxanasının binasına toplaşsa da orada köməksiz vəziyyətdə qalıblar.
Bizim.Media