Kürdəmirdə qadın sürücü avtomobili aşırdı: Özü və 2 uşağı xəsarət aldı - FOTO/VİDEO

Kürdəmirdə qadın sürücü avtomobili aşırdı: Özü və 2 uşağı xəsarət aldı - FOTO/VİDEO

Hazırda oxunan: Kürdəmirdə qadın sürücü avtomobili aşırdı: Özü və 2 uşağı xəsarət aldı - FOTO/VİDEO

147616

Kürdəmirdə ağır qəza olub.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə Bakı-Qazax yolunun, rayonun Qarabucaq kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı avtomaşının sürücüsü Vəliyeva Rəna Söhbət qızı Gəncə istiqamətində hərəkətdə olarkən idarəetməni itirib.

Nəticədə avtomobil yoldan çıxaraq aşıb.

Qəza zamanı bir ailənin üzvləri, sürücü 31 yaşlı Vəliyeva Rəna Söhbət qızı və onun övladları 11 yaşlı Vəliyeva Sevgi Kamil qızı və 10 yaşlı Vəliyev Əli Kamil oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
 







Bizim.Media, Aran bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO