Rusiyada DƏHŞƏT: 6 yaşlı oğlan dostuna atəş AÇDI - VİDEO

Rusiyada DƏHŞƏT: 6 yaşlı oğlan dostuna atəş AÇDI - VİDEO

Hazırda oxunan: Rusiyada DƏHŞƏT: 6 yaşlı oğlan dostuna atəş AÇDI - VİDEO

146253

Rusiyanın Krasnoyarsk şəhərində səkkiz yaşlı uşağın güllə xəsarəti alması ilə nəticələnən bədbəxt hadisə baş verib.

Bizim.Media "REN TV"yə istinadən xəbər verir ki, 6 yaşlı oğlan mahiyyətini anlamadan pnevmatik tapança ilə səkkiz yaşlı qıza atəş açıb.

Sağ dizindən güllə yarası alan azyaşlı valideynlərin köməyi ilə xəstəxanaya yerləşdirilib. O, müayinədən sonra ambulator müalicə üçün evə buraxılıb.
Polisin apardığı ilkin araşdırma nəticəsində pnevmatik tapançanın uşaq meydançasına haradan gəlib çıxdığı məlum olub.

Belə ki, silahı hadisə yerinə 13 yaşlı yeniyetmə gətirib. O isə silahı onlayn satış saytından əldə etdiyini bildirib.

Silah və güllələr polis tərəfindən müsadirə edilib.
 


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO