Rusiyanın Kursk vilayətinin Kurçatov şəhərində kamikadze pilotsuz təyyarə qəzaya uğrayıb.
Bizim.Media "mk.ru"ya istinadən xəbər verir ki, bir yaşayış binasına ziyan dəyib, lakin şəhər sakinlərindən heç kim xəsarət almayıb.
Həmçinin Kursk qubernatoru Roman Starovoit bu məlumatı təsdiqləyib:
“Gecə saatlarında Kurçatov şəhərində PUA qəzaya uğrayıb. Xoşbəxtlikdən sakinlərdən heç kim xəsarət almayıb. Dronun düşməsi və sonradan partlaması nəticəsində kritik obyektlərə ziyan dəyməyib”.
Şotun sözlərinə görə, Kurçatovda vurulan pilotsuz təyyarə Kursk AES-dən cəmi 4 km aralıda partlayıb. Partlayış dalğası yaşayış binasının səkkiz mənzilinin pəncərələrini sındırıb.
Bizim.Media