Dənizdə batmaq təhlükəsi olan qadın belə xilas EDİLDİ - VİDEO 

Dənizdə batmaq təhlükəsi olan qadın belə xilas EDİLDİ - VİDEO 

Hazırda oxunan: Dənizdə batmaq təhlükəsi olan qadın belə xilas EDİLDİ - VİDEO 

145908

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Sabunçu rayonu, Nardaran qəsəbəsi yaxınlığında ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 4 km aralı, nəzarətsiz ərazidə 1 nəfər qadının dənizdə batma təhlükəsində olması barədə məlumat daxil olub.

FHN-dən Bizim.Media-ya verilən xəbərə görə, Məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Nardaran-2” dalğıc-axtarış qrupu cəlb edilib.

Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan 1987-ci il təvəllüdlü vətəndaş dalğıclar tərəfindən xilas edilərək ailə üzvlərinə təhvil verilib.
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO