Kiyevin Şevçenko rayon məhkəməsinin binasında növbəti partlayış baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı Ukrayna Daxili İşlər Nazirliyi təsdiqləyib.
Partlayışdan sonra hüquq-mühafizə orqanının əməkdaşı məhkəmədən qaçaraq binaya yaxınlaşmaq üçün təcili yardım maşını tələb edib.
Ukraynanın daxili işlər naziri İqor Klimenko bildirib ki, partlayışı 2015-ci ildə 4 hərbçinin ölümündə şübhəli bilinən İqor Qumenyuk törədib:
"Bu gün keçirilən məhkəmə iclası zamanı Qumenyuk partlayıcı qurğu atıb, özü həlak olub. İki nəfər hüquq-mühafizə orqanı əməkdaşı yaralanıb".
Ukrayna mətbuatının məlumatına görə, xüsusi təyinatlılar binaya basqın etməyə başlayıb. Hazırda hadisə yerində müstəntiqlər, kinoloqlar və həkimlər işlərini davam etdirirlər.
Bizim.Media