Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
Bu barədə Bizm.Media-ya FHN-in Mətbuat xidmətindən məlumat verilib.
MÖVZU İLƏ BAĞLI:
FHN əhaliyə müraciət etdi: “Bayıra çıxmayın” - VİDEO
Belə ki, nazirliyin “112” qaynar telefon xəttinə daxil olan zənglər əsasında FHN-in aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 35 yanğına çıxış və 6 halda köməksiz vəziyyətdə qalma faktları üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
Görülən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, ötən sutka ərzində köməksiz vəziyyətdə qalan 9 nəfər xilas edilib, 1 nəfərin intihara cəhdinin qarşısı alınıb, 3 nəfər yanıq xəsarəti alıb.
Bizm.Media