Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu “Vaqner”in silahlı qiyamından sonra ilk dəfə üzə çıxıb.
Bizim.Media xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi onun xüsusi hərbi əməliyyatlar zonasındakı "Qərb" qoşun qrupunun qabaqcıl komanda məntəqəsinə səfəri ilə bağlı görüntülərini yayıb.
S. Şoyqu qrup komandiri general-polkovnik Yevgeni Nikiforovun mövcud vəziyyət barədə məruzəsini dinləyib.
Müdafiə naziri şəxsi heyəti Ukrayna Silahlı Qüvvələrinin planlarını əvvəlcədən aşkarlamaq və qabaqlayıcı tədbirlər görmək barədə tapşırıq verib.
O, həmçinin fəal kəşfiyyat işlərinin davam etdirilməsini əmr edib. Qeyd edək ki, iyunun 24-də “Vaqner” özəl hərbi şirkəti silahlı qiyama cəhd etmişdi. Bundan sonra S. Şoyqu barədə heç bir məlumat yox idi.
Bizim.Media