Xaçmaz və Qubadakı qazlaşma işləri yoxlanıldı - VİDEO

Xaçmaz və Qubadakı qazlaşma işləri yoxlanıldı - VİDEO

Hazırda oxunan: Xaçmaz və Qubadakı qazlaşma işləri yoxlanıldı - VİDEO

143331

Bölgələrdə aparılan qazlaşmanın yerində yoxlanılması və əməkdaşların iş şəraiti ilə tanışlıq prosesi davam edir.

Bizim.Media xəbər verir ki, bu məqsədlə baş direktorun müavini Ceyhun Şıxəliyev ilk olaraq Xaçmaz rayonunun Qımılqışlaq kəndində olub.

Qurum rəsmisinə görülən işlərlə bağlı ətraflı məlumat verildikdən sonra ərazidə çalışan bir qrup əməkdaş Fəxri Fərman və hədiyyə ilə təltif olunub.

Qımılqışlaq kəndindən sonra növbəti səfər Quba rayonuna olub. Rayonun Qacar Zeyid kəndində aparılan qazlaşma işləri haqqında yaxından maraqlanan qurum rəsmisi ərazidə çalışan işçilərə təhlükəsizlik qaydalarına hər zaman əməl etmələrinin vacibliyini xatırladıb.
Sonda Qubanın Qacar Zeyid və Qusarın Avaran kəndlərində qazlaşma işini icra edən bir qrup əməkdaş Fəxri Fərman və hədiyyə ilə təltif olunub, onlara işlərində uğurlar arzulanıb.
 


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO