Yasamaldakı yanğın SÖNDÜRÜLDÜ - VİDEO

Yasamaldakı yanğın SÖNDÜRÜLDÜ - VİDEO

Hazırda oxunan: Yasamaldakı yanğın SÖNDÜRÜLDÜ - VİDEO

142876

Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospektində yerləşən beşmərtəbəli yaşayış binasının dam örtüyündə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən saat 09:29-da tam söndürülüb. 

Bu barədə Bizim.Media-ya FHN-dən bildirilib. 
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda yaşayış binasında YANĞIN – FOTO/VİDEO  


Qeyd edilib ki, yanğınsöndürənlərin fədakarlığı və peşəkar fəaliyyəti sayəsində binanın dam örtüyündəki yanğının mənzillərə keçməsinə imkan verilməyib.

Həmçinin, hadisə zamanı xəsarət alan olmayıb. 

Yanğınla mübarizə tədbirlərində FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri iştirak edib. 

Qeyd edək ki, bu gün səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospektində yerləşən beşmərtəbəli yaşayış binasının dam örtüyündə yanğın olması barədə ilkin məlumat daxil olub.


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO