Qusarın Ləzə kəndində dağlara qar yağıb.
Bizim.Media-nın şimal bürosu xəbər verir ki, dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən Heydər Əliyev zirvəsinə və 2800 metr hündürlükdə olan Qaradağ dağ massivlərinə iyun qarı yağıb.
Bu gün səhər duman olmadığından Ləzə kənd sakinləri dağlara qar yağmasını aydın müşahidə ediblər.
Həmçinin Quba regional hidrometerologiya müəssisəsindən verilən məlumata görə, ötən gün bölgədə qismən az yağıntılı hava qeydə alınıb. Qubada 1 mm yağıntı müşahidə edilib. Qeyri-sabit hava şəraitinin iyun ayının 24-dək davam edəcəyi bildirilir.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu