Karantini pozan xalq artistlərindən reaksiya – Onları hansı cəza gözləyir? - VİDEO

Karantini pozan xalq artistlərindən reaksiya – Onları hansı cəza gözləyir? - VİDEO

Hazırda oxunan: Karantini pozan xalq artistlərindən reaksiya – Onları hansı cəza gözləyir? - VİDEO

14192

Bakıda ötən gün restoranların birində karantin qaydaları pozulub.  8 Mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə təşkil edilən gecədə xalq artistləri Aygün Kazımova Brilliant Dadaşova ilə yanaşı bir çox məşhurlar iştirak edib.

Rəqqasə Rəna Ağamuradova (Renka), stilist-vizajist Nigar İbrahimova, Samir Əliyev (Samiraldo), Cahad Hacıyev və digər məşhurların da qatıldığı gecədə Aygün Kazımova və Brillyant Dadaşovann barışıq rəqsi də diqqətlərdən yayınmayıb.

Əyləncə zamanı sənətçilərin sosial məsəfəni qorumaması və maskadan istifadə etməmələri də gözdən qaçmayıb.

Məsələ ilə bağlı Bizim.Media xalq artistləri ilə əlaqə yaradıb.
 

MÖVZU İLƏ BAĞLI:

Xalq artistləri karantin rejimini pozdu - Şou-biznes nümayəndələrinin 8 Mart ziyafəti - VİDEO


Aygün Kazımova saytımıza açıqlamasında sualı eşidər-eşitməz, açıqlama verməkdən yayınıb və mətbuat katibi ilə əlaqə yaratmağımızı istəyib.

Brilliyant Dadaşovanın köməkçisi isə hər hansı məlumata sahib olmadığını bildirib. 

Qeyd edək ki, Samir Əliyev (Samiraldo)  və rəqqasə Rəna Ağamuradova (Renka) “İnstaqram” hesablarında 8 mart Beynəlxalq Qadınlar Günü ilə bağlı qatıldıqları ziyafətin görüntülərini paylaşıblar.

Şou proqramdakı görüntülərdən də belə məlum olur ki, karantin rejimi ciddi şəkildə pozulub və qaydalara riayət olunmur. 

Müvafiq sorğu ilə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyevə də müraciət etmişik. DİN rəsmisindən hələki cavab gəlməyib. 

Xatırladaq ki, Nazirlər Kabinetinin qərarı ilə 2020-ci ilin 14 mart tarixindən etibarən ölkə ərazisində bütün toy məclislərinin və kütləvi tədbirlərin keçirilməsi qadağan edilib.

İnzibati Xətalar Məcəlləsinə görə, karantin rejimini pozan fiziki şəxslər 100 manatdan 200 manatadək, vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək məbləğdə cərimə ediləcək, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla 1 ayadək müddətə inzibati həbs tətbiq olunacaq.

Hüquqi şəxslərlərə gəlincə, onlar da 2000 manatdan 5000 manatadək məbləğdə cərimə ediləcəklər.

Cinayət Məcəlləsinə görə, karantin rejiminin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda 2500 manatda 5000 manatadək cərimə, yaxud 2 ilədək, bu hal başqasının ölümü ilə nəticələnərsə, onda 3 ildən 5 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.

Alçina Amilqızı, Bizim.Media
 




© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO