Güclü külək 4 rayonda qaz xətlərini yararsız hala saldı – SON DƏQİQƏ

Güclü külək 4 rayonda qaz xətlərini yararsız hala saldı – SON DƏQİQƏ

Hazırda oxunan: Güclü külək 4 rayonda qaz xətlərini yararsız hala saldı – SON DƏQİQƏ

14068

Bizim.Media xəbər verir ki, Xətai rayonu, Ramiz Quliyev küçəsində ağac qaz xəttinin üzərinə aşıb. "Qobu park-1" yaşayış massivində 3 və 4 saylı binaların arasında güclü külək diametri 57 mm olan qaz xəttini dirəklərdən yerə salıb. 

 

MÖVZU İLƏ BAĞLI:

Bu rayonlara qar yağır - FAKTİKİ HAVA


Abşeron rayonu, 28 May qəsəbəsi, dəmir yolunun yanında güclü külək nəticəsində daş hasar diametri 89 mm olan qaz xəttinin üzərinə aşıb.

Binə qəsəbəsi və Yeni Binə yaşayış massivini qazla təmin edən qaz xətləri də güclü küləyin təsirindən yararsız hala düşüb. 

Binəqədi rayonu, 1-ci Mədən, korpus 9 ünvanında aşan daş hasar diametri 25 mm olan qaz xəttini və 2 ədəd sayğacı yararsız hala salıb. Bütün qəza briqadaları iş başındadır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO