FHN: Ötən sutka altı nəfər xilas edilib - Biri azyaşlıdır - VİDEO

FHN: Ötən sutka altı nəfər xilas edilib - Biri azyaşlıdır - VİDEO

Hazırda oxunan: FHN: Ötən sutka altı nəfər xilas edilib - Biri azyaşlıdır - VİDEO

137235

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 21 yanğına çıxış və 7 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. 

Bizim.Media xəbər verir ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 1-i azyaşlı olmaqla 6 nəfər xilas edilib, yanğın zamanı 5-i azyaşlı olmaqla 17 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub, həmçinin Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində vətəndaşa məxsus fərdi yaşayış evinin həyətindəki köməkçi tikilidə dərinliyi 2 metr olan su anbarına düşmüş 1 azyaşlının meyiti çıxarılaraq təhvil verilib.
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO