Azərbaycan Türkiyə ilə birlikdə Vətən müharibəsi haqqında film çəkəcək - VİDEO

Azərbaycan Türkiyə ilə birlikdə Vətən müharibəsi haqqında film çəkəcək - VİDEO

Hazırda oxunan: Azərbaycan Türkiyə ilə birlikdə Vətən müharibəsi haqqında film çəkəcək - VİDEO

13510

“30 il işğal altında olan torpaqlarımızı azad etdikdən sonra qəhrəman əsgərlərimizin şücaətini kino ilə daha təsirli səviyyədə göstərmək üçün fəaliyyətə başladıq”.

Bizim.Media-nın məlumatına görə, bunu “TRT Haber”ə açıqlamasında mədəniyyət naziri Anar Kərimov deyib. 

O, bu mövzuda keyfiyyətli filmlərə ehtiyac duyulduğunu deyib. Film sahəsində Türkiyə işbirliyindən danışıb.

“Bu məqsədlə türk qardaşlarımız və istehsalçı şirkətlər ilə ortaq layihələr həyata keçirməyi çox istəyirik. Türkiyənin bu sahədəki təcrübələrini öyrənərək Azərbaycan da bu təcrübələrdən istifadə edəcək”. 

Nazir işğaldan azad edilən ərazilərin bərpası məsələsinə də diqqət çəkib:

"Biz bunu qardaş Türkiyə ilə birgə etmək, bərpa işlərində də türk qardaşlarımızla birlikdə çalışmaq istəyirik.

Bununla bağlı Mədəniyyət Nazirliyi və TİKA (Türk İşbirliyi və Koordinasiya Agentliyi Başqanlığı) arasında müqavilə imzalandı. Türk qardaşlarımızın təcrübələrindən faydalanmaq istəyirik”. 

Gül Qədirli, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO