"Türkiyənin yerli istehsal olan “Yeni Altay” tankları sınaqlara hazırdır".
Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında məlumat verib.
"“Yeni Altay” tankı ordumuza xeyirli olsun”, – deyə Ərdoğan bildirib.
Məlumata görə, “Yeni Altay”ın istehsalı üzərində 250-si mühəndis olmaqla 450 mütəxəssis çalışıb. Kütləvi istehsalına başlamazdan əvvəl tank 6000 sınaqdan keçəcək.
Məlumata görə, “Yeni Altay” bir çox keyfiyyətinə görə, digər oxşar texnikalardan fərqlənir.
Bizim.Media