Xəbər verdiyimiz kimi, İstanbulda “Teknofest”də iştirak edən qazi Taleh Camalov və Azərbaycan Prezidenti İlham Əliyev arasında maraqlı dialoq yaşanıb. Daha sonra dövlət başçısı qazini qucaqlayaraq bağrına basıb.
Bizim.Media xəbər verir ki, qazi həmin an keçirdiyi hissləri “Xəzər" televiziyası ilə bölüşüb:
“Dünəndən özümə gələ bilmirəm. Fəxrlə, şərəflə deyirəm ki, o, bizim sərkərdəmizdir. Ordumuzun, dövlətimizin başındadır. Məni öpüb qucaqladı. Bütün dünya baxdı ki, qazi necə qarşılanmalıdır”.
Daha ətraflı videomaterialda:
Bizim.Media