Şuşa fatehinin özəl gününə hazırlanmış tort – VİDEO 

Şuşa fatehinin özəl gününə hazırlanmış tort – VİDEO 

Hazırda oxunan: Şuşa fatehinin özəl gününə hazırlanmış tort – VİDEO 

13363

Bu gün Şuşa fatehi, Xüsusi Təyinatlı Qüvvələrin komandanı, general-leytenant Hikmət Mirzəyevin doğum günüdür.

Bizim.Media xəbər verir ki, 2016-cı il aprel döyüşləri və II Qarabağ savaşında işğaldan azad edilmiş torpaqlarımızn azad edilməsu uğrunda əvəzsiz xidmətləri olan Hikmət Mirzəyev Azərbaycan müasir hərb tarixinin ən önəmli simalarından biridir.

 

MÖVZU İLƏ BAĞLI:

Şuşa necə fəth edildi? - ƏMƏLİYYAT DETALLARI

​​​​​​​
Məhz onun şərəfinə özünün maketi və işğaldan azad edilmiş ərazilərimizin görüntülərinin əks olunduğu fərqli dizayn nümunələrindən ibarət tort hazrlanıb. 

Məlumat üçün bildirək ki, Hikmət Mirzəyev Ümummilli lider Heydər Əliyevin Prezident olduğu illərdə polkovnik-leytenant hərbi rütbəsini daşıyıb. Hikmət Mirzəyev 19 yanvar 2002-ci ildə Ulu Öndər Heydər Əliyevin imzaladığı sərəncamla general-mayor ali hərbi rütbəsinə layiq görülüb.

Hikmət İzzət oğlu Mirzəyev Biləsuvar rayonunda doğulub.

2016-cı ilin aprelində və 2020-ci ildə Dağlıq Qarabağda aparılan hərbi əməliyyatlardan əvvəl Cəbrayıl rayonunun 27 il davam edən işğaldan azad edilməsi əməliyyatına başçılıq edib. Bu münasibətlə də Hikmət Mirzəyevə dövlət başçısı tərəfindən general-leytenant ali hərbi rütbəsi verilib.

Qeyd edək ki, 2020-cilin dekabrında Bakıda təşkil olunan II Qarabağ zəfəri ilə bağlı parad general Hikmət Mirzəyevin başçılığı altında keçib.

Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO