Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Latın Amerikasına turnesi başlayıb.
Bizim.Media xəbər verir ki, o, əvvəlcə Braziliyanın paytaxtına gəlib. Rəsmi qarşılanma mərasiminin təşkil olunduğu hava limanına enən təyyarənin trapında Lavrovu qeyri-rəsmi geyimdə - cins şalvar və idman ayaqqabısında görən rəsmilər bir qədər çaşqınlıq yaşayıblar.
Lavrovun bu tərzi diplomatik çevrələrdə müzakirələrə səbəb olub.
Bu geyiminə görə onun ünvanına səslənən tənqidlər də az olmayıb.
Bizim.Media