Qarakilsə hərbçilərimizin müşahidəsi altındadır - VİDEO

Qarakilsə hərbçilərimizin müşahidəsi altındadır - VİDEO

Hazırda oxunan: Qarakilsə hərbçilərimizin müşahidəsi altındadır - VİDEO

131143

Azərbaycanın qədim Qarakilsə (indiki adı Sisyan) şəhəri hazırda  hərbçilərimizin müşahidəsi altındadır.

Bizim.Media xəbər verir ki, bu barədə görüntülər Telegram kanallarında yer alıb.

Xatırladaq ki, Qarakilsə rayonu Ermənistan SSR-də (Qərbi Azərbaycan) 1930-cu il sentyabrın 9-da yaradılıb.

1940-cı il martın 2-dək Qarakilsə, sonra isə Sisyan adlandırılıb. Coğrafi vəziyyətinə görə Qarakilsə rayonu dörd tərəfdən Zəngəzur və Bərgüşad silsilələri ilə əhatə olunub. Bazarçay çayı rayon boyu axıb gedir.
Qarakilsənin 1988-ci ilə kimi azərbaycanlıların yaşadıqları və həmin il tərk etməyə məcbur olduqları yaşayış məntəqələri bunlardır:

Qızılcıq, Sofulu, Murğuz, Şıxlar, Ağdü, Vağüdü, Urud, Ərəfsə, Comərdli, Dəstəyurd, Şəki.
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO