Naxçıvan Qarnizonu Qoşunlarında toplantı - VİDEO 

Naxçıvan Qarnizonu Qoşunlarında toplantı - VİDEO 

Hazırda oxunan: Naxçıvan Qarnizonu Qoşunlarında toplantı - VİDEO 

11961

Naxçıvan Qarnizonu Qoşunlarında ideoloji iş və mənəvi-psixoloji təminat üzrə komandir müavinləri ilə təlim-metodiki toplantı keçirilib.

Toplantı zamanı əsas diqqət ideoloji iş və mənəvi-psixoloji təminat üzrə komandir müavinlərinin tabelikdə olanların fərdi-psixoloji xüsusiyyətlərini öyrənmə vərdişlərinin təkmilləşdirilməsinə yönəldilib.

 

MÖVZU İLƏ BAĞLI:

Naxçıvan Qarnizonu Qoşunlarında andiçmə mərasimləri keçirildi - VİDEO


Müdafiə Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, müxtəlif qurumların nümayəndələrinin də iştirak etdiyi nəzəri dərslərdə hüquq hazırlığından “Bölmələrdə cinayət hadisələrinin baş vermədən qarşısının alınması”, mənəvi-psixoloji hazırlıqdan “Milli-mənəvi və dini dəyərlərin yad təsirlərdən qorunması”, “Mədəniyyət müəssisələri ilə qarşılıqlı əlaqədə mədəni-kütləvi tədbirlərin keçirilməsi”, “Hərbi kollektivi idarəetmə psixologiyası”, informasiya təhlükəsizliyindən “Müasir müharibələrdə informasiya qarşıdurması”, eləcə də digər mövzularda mühazirələr oxunub.

3 günlük toplantının sonuncu günündə 44 günlük Vətən müharibəsi zamanı kütləvi informasiya vasitələrinin və sosial şəbəkələrin fəaliyyətindən, düşmənin ifşa edilmiş dezinformasiyalarının təhlilindən bəhs edən sənədli filmlər nümayiş etdirilib.

Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO