Bakı-Quba yolunda ağır qəza: Yük avtomobili betona çırpıldı – VİDEO

Bakı-Quba yolunda ağır qəza: Yük avtomobili betona çırpıldı – VİDEO

Hazırda oxunan: Bakı-Quba yolunda ağır qəza: Yük avtomobili betona çırpıldı – VİDEO

118697

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı-Quba avtomobil yolunun 130-cu km-liyində - Siyəzən rayonu ərazisində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.

Bizim.Media xəbər verir ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Siyəzən Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri dərhal çağırış ünvanına cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, “VOLVO” markalı tranzit yük avtomobilinin idarəetməni itirərək yol kənarındakı beton maneəyə çırpılması nəticəsində avtomobildən ayrılan təkərdə yanğın baş verib.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə söndürülərək avtomobilə keçməsinə imkan verilməyib. Həmçinin, təhlükəsizlik tədbirləri çərçivəsində avtomobilin yanacaq çənindən ətrafa dağılmış yanacaq yuyularaq yanğın təhlükəsi aradan qaldırılıb.
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO