Zaur Baxşəliyev:

Zaur Baxşəliyev: "Tünzalənin özü üçün yaşamağa zamanı qalmadı" - VİDEO

Hazırda oxunan: Zaur Baxşəliyev: "Tünzalənin özü üçün yaşamağa zamanı qalmadı" - VİDEO

116179

Əməkdar artist Tünzalə Əliyeva ilə vidalaşmaq üçün aparıcı Zaur Baxşəliyev Qurd Qapısı ərazisində yerləşən qəbiristanlığa gəlib.

Televiziya ulduzu Bizim.Media-nın əməkdaşı ilə söhbətində mərhumla bağlı bu sözləri diıə gətirib:

"Tünzalə ilə sonuncu dəfə xəstəxanada olan zaman mesajlaşmışdıq. O, sonuncu dəfə mənə özünə görə deyil, bir gənc müğənnini efirə çıxartmağım üçüm əlaqə yaratmışdı.

Tünzalə bu həyatda heç nəyi özünə görə etmədi. Hər zaman bacıları, ailəsi, doğmaları, qızı Zəhrası üçün çalışdı, vuruşdu. Ən son ümidi "ağıllı dərmanlar"ın onu sağaldacağı idi. Onunla efirsiz telefonla danışmışdım. Deyirdi ki, əgər o dərmanlar əlimə çatsa, məndə hər şey alınacaq. Hər şey elədik ki, bu dərmanlar ona çatsın. Tünzalə yeganə tanıdığım insan idi ki, özü üçün yaşamadı. Tünzalənin özü üçün yaşamağa zamanı qalmadı. Allah rəhmət eləsin!".
 



Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO