Zelenski müharibə başlayandan eyni köynəkdə görünməsinin SƏBƏBİNİ açıqladı - VİDEO 

Zelenski müharibə başlayandan eyni köynəkdə görünməsinin SƏBƏBİNİ açıqladı - VİDEO 

Hazırda oxunan: Zelenski müharibə başlayandan eyni köynəkdə görünməsinin SƏBƏBİNİ açıqladı - VİDEO 

115278

Ukrayna prezidenti Volodimir Zelenski müharibə başlayandan etibarən müsahibə, çıxışlar və görüşlər üçün hər dəfə eyni - yaşıl rəngli köynəklərdə görünməsinin səbəbini açıqlayıb. 

Bizim.Media xəbər verir ki, Ukrayna lideri bu barədə Almaniyanın “ZDFheute Nachrichte” (“ZDF Bu günün xəbərləri”) “YouTube” layihəsi üçün olan müsahibəsi zamanı məlumat verib.

Belə ki, jurnalistin Zelenskiyə daim eyni geyimdə görünməsi ilə bağlı sualına cavabında Ukrayna başçısı bildirib ki, bu köynəklərdən onda 20 ədəd var. 
“Genişmiqyaslı müharibənin əvvəlində mənim həqiqətən də onun yalnız iki “hərbi” köynəyim və isti yun gödəkçəm olub. Sonra onu Londonda hərracda satdım", - deyə Zelenski bildirib. 

Ukrayna başçısı qeyd edib ki, yerli dizaynerlər ona eyni rəngli köynəklər tikmək üçün təkliflər göndəriblər:

"Bizim ukraynalı modelyerlərimiz köynəklərini  mənim üzərimdə görmək üçün təklif etdilər və mən razılaşdım. O vaxtdan etibarən də bütün mühüm görüşlər, müsahibələr zamanı üzərimdə eyni köynəkləri görürsünüz. Bir sözlə, mənim paltar qıtlığım yoxdur". 

Müsahibədən həmin hissəni təqdim edirik: 


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO