100-ə yaxın Ukrayna hərbçisi ABŞ-a gəldi – VİDEO

100-ə yaxın Ukrayna hərbçisi ABŞ-a gəldi – VİDEO

Hazırda oxunan: 100-ə yaxın Ukrayna hərbçisi ABŞ-a gəldi – VİDEO

114990

Ukrayna hərbçiləri “Patriot” raketdən müdafiə sistemi ilə işləməyi öyrənmək üçün ABŞ-ın Oklahoma ştatına gəliblər. 

Bizim.Media xəbər verir ki, bu barədə “Amerikanın Səsi”nin jurnalisti Ostap Yarış Facebook-da yazıb.

“100-ə yaxın ukraynalı hərbçi “Patriot” raketdən müdafiə sistemi üzrə təlimlərə başlamaq üçün Oklahomadakı “Fort Sill” bazasına gəlib. Pentaqon onlar üçün sürətləndirilmiş təlim proqramı hazırlayıb”, - deyə məlumatda bildirilir.
Təlim proqramı bir neçə ay davam edəcək. Standart kurs altı aydan bir ilə qədər davam edir.

“Fort Sill” Birləşmiş Ştatlar Ordusunun dörd əsas təlim mərkəzindən biridir və bir əsrdən artıq müddətdə hərbi kadrlar hazırlayan sahə artilleriya məktəbinin evidir.
 



Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO