Dizellə dolu “Shacman” partlayışdan son anda belə xilas edildi - FOTO/VİDEO

Dizellə dolu “Shacman” partlayışdan son anda belə xilas edildi - FOTO/VİDEO

Hazırda oxunan: Dizellə dolu “Shacman” partlayışdan son anda belə xilas edildi - FOTO/VİDEO

114956

Bu gecə saat 01:30 radələrində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Gədəbəy şəhərində yanacaqdaşıyan avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-dən Bizim.Media-ya verilən xəbərə görə, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN Dövlət Yanğından Mühafizə Xidməti Gədəbəy Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının 32 ton həcmində dizel yanacağı daşıyan vətəndaşa məxsus "Shacman" markalı yanacaqdaşıyan avtomobilin kabina hissəsində baş verdiyi və hər an yanacaq çəninə keçmək riskinin yüksək olduğu müəyyən edilib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində kabinadakı yanğın qısa müddətdə söndürülərək yanacaq çəninə keçməsinə və böyük fəsadlarla nəticələnməsinə imkan verilməyib.

Yanğın nəticəsində avtomobilin kabina hissəsi yanıb, avtomobilin qalan hissəsi, o cümlədən yanacaqla dolu çəni yanğından mühafizə olunub.
 



Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO