Hindistanın Uttarkxand ştatında təbii fəlakət baş verib.
Bizim.Media “RİA Novosti”yə istinadən xəbər verir ki, buzlağın Rişiqanqa çayına düşməsi suyun səviyyəsinin qalxması və daşqına səbəb olub.
Çay su elektrik stansiyasını yuyub, aparıb. Selin fəsadları nəticəsində ölənlərin sayı 14-ə çatıb. 15 nəfər xilas edilib.
2.5 kilometrlik tuneldə qalanların həyatını qurtarmaq istiqamətində işlər aparılır.
Qeyd edək ki, 30 nəfər həmin tuneldə daşqınla uçqun arasında yaşamaq uğrunda mübarizə aparır. Xilasediclər hələ təbii fəlakətin əsir olmuş 30 nəfərin xilasına çata bilməyib.
Bizim.Media