Xankəndi yolunda Azərbaycan bayrağı dalğalanır – ANBAAN VİDEO 

Xankəndi yolunda Azərbaycan bayrağı dalğalanır – ANBAAN VİDEO 

Hazırda oxunan: Xankəndi yolunda Azərbaycan bayrağı dalğalanır – ANBAAN VİDEO 

109414

Şuşa-Xankəndi yolunun üzərində bu gün də Azərbaycan bayraqları asılıb. 

Bizim.Media-nın Qarabağ bürosunun məlumatına görə, bayraqlar aksiya iştirakçılarının alqışlarının müşayiəti ilə kran vasitəsilə yuxarıya qaldırılıb. 

Həmçinin etirazçılar “Azərbaycan var olsun, istəməyən kor olsun!”, “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, şüarları səsləndiriblər.

Qeyd edək ki, bir sutkadan artıq müddətdir ki, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Şuşa-Xankəndi yolunda QHT nümayəndələri, ekofəallar və könüllülərin iştirakı ilə Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə etiraz aksiyası keçirilir. 

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu.
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO