Türkiyəli deputatlar ANLAŞA BİLMƏDİLƏR - Böyük Millət Məclisinin iclasında DAVA DÜŞDÜ - VİDEO 

Türkiyəli deputatlar ANLAŞA BİLMƏDİLƏR - Böyük Millət Məclisinin iclasında DAVA DÜŞDÜ - VİDEO 

Hazırda oxunan: Türkiyəli deputatlar ANLAŞA BİLMƏDİLƏR - Böyük Millət Məclisinin iclasında DAVA DÜŞDÜ - VİDEO 

108201

Türkiyə Böyük Millət Məclisinin Baş Assambleyasında 2023-cü il üçün Büdcə Qanun layihəsinin tamamı ilə bağlı müzakirələr zamanı insident yaşanıb. 

Bizim.Media Türkiyə KİV-nə istinadən xəbər verir ki, sakit şəkildə başlayan iclasın gedişatında CHP sədri Kamal Kılıçdaroğlu kürsüyə qalxdıqdan sonra gərginlik artıb. 

Daha sonra AK Partiya sədrinin müavini Numan Kurtulmuşun 2023-cü il Büdcə Qanun layihəsi ilə bağlı ondan əvvəl çıxış edən müxalifət partiyası üzvlərinin tənqidlərinə cavab verib. 

Bu zaman CHP və AK Partiya millət vəkilləri arasında gərginlik yaranıb və iki qrupun deputatları bir-birinin üzərinə yürüş edib. Gərginlik zamanı Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komitəsinin sədri, AKP İstanbul millət vəkili Akif Çağatay Kılıç CHP Sivas millət vəkili Ulaş Karasunu vurmağa cəhd edib.
Hər iki partiyanın sədr müavinləri araya girərək gərginliyi yatırmağa çalışıblar. Görüşə 5 dəqiqə fasilə verilib, daha sonra sakitləşən deputatlar iclasa davam ediblər. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO