Avroviziya mahnı müsabiqəsi qayıdır.
Bizim.Media “Euronews” telekanalına istinadən xəbər verir ki, mahnı müsabiqəsi nəzərdə tutulduğu kimi Niderlandın Rotterdam şəhərində baş tutacaq.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanın "Avroviziya-2021" təmsilçisinin adı açıqlandı
Müsabiqə qeyri-adi formatda reallaşacaq. Belə ki, virtual formada baş tutacaq yarış zalında tamaşaçılar olmayacaq.
Bundan başqa, pandemiya ilə əlaqədar Niderlanda səfər edə bilməyən iştirakçılara icazə veriləcək ki, çıxışlarının qabaqcadan hazırlanmış canlı yazısını təqdim etsinlər.
“Eurovision-2021”in yarımfinalları 18-20 may tarixlərində, final isə həmin ayın 22-də keçiriləcək.
Bizim.Media