CNN Azərbaycanın turizm rəsmisi ilə müsahibə yayımladı - VİDEO

CNN Azərbaycanın turizm rəsmisi ilə müsahibə yayımladı - VİDEO

Hazırda oxunan: CNN Azərbaycanın turizm rəsmisi ilə müsahibə yayımladı - VİDEO

104303

“Avropa bazarı bizim üçün çox önəmlidir. Bu bazar üzrə fəaliyyətləri inkişaf etdirmək istiqamətində işlər görürük”.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid “CNN International” kanalına müsahibəsində bildirib.

Müsahibə Böyük Britaniyanın paytaxtı Londonda keçirilən Dünya Səyahət Bazarı sərgisi çərçivəsində baş tutub. Azərbaycan rəsmisini kanalın tanınmış jurnalisti Riçard Kvest danışdırıb.

Müsahibə zamanı jurnalistin “Niyə Azərbaycan?” sualına cavab olaraq F. Zenqstşmid Azərbaycan təbiətinin gözəllikləri, müxtəlif iqlim tipləri, fərqli turizm təcrübələrinin mövcudluğunu vurğulayaraq ölkəmizin zəngin mədəni və tarixi irsi haqqında məlumat verib. Baş icraçı direktor əsas hədəf bazarları haqqında ünvanlanan sualla bağlı bildirib ki, hazırda qonşu ölkələrlə yanaşı, Yaxın Şərq, Cənub-Şərqi Asiya ölkələri, o cümlədən Hindistan və Pakistandan gələn turistlərin sayı artmaqdadır.

Dayanıqlı turizmin önəmindən danışan F.Zenqstşmid Azərbaycanın turizmin təbliğatına başladığı ilk gündən bu istiqamətdə addımlar atdığını və turizm inkişafında əsas göstəricinin “yerli insanlar” və regionlar olduğunu bildirib.
Report.az-ın məlumatına görə, R.Kvest CNN telekanalında “Quest Means Business”, o cümlədən “Business Traveller” proqramlarının aparıcısıdır.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO