Elon Mask şirkətindən rekord gəlir əldə etdi -  MİLYARDLAR QAZANDI

Elon Mask şirkətindən rekord gəlir əldə etdi - MİLYARDLAR QAZANDI

Hazırda oxunan: Elon Mask şirkətindən rekord gəlir əldə etdi - MİLYARDLAR QAZANDI

179268
ABŞ-ın elektrik avtomobil istehsalçısı olan "Tesla” şirkətinin gəliri bu ilin birinci rübündə rekord həddə - 3,7 milyard dollara çatıb. Müqayisə üçün xatırladaq ki, 2021-ci ilin birinci rübündə şirkətin xalis gəliri 1,1 milyard dollar idi.

Sfera.az "Bloomberg”ə istinadən xəbər verir ki, "Tesla”nın birinci rübdə gəlirinin böyük olmasının səbəbi satış dövriyyəsinin 2 dəfə artması ilə bağlıdır. Ötən ilin birinci rübünə nisbətən bu ilin birinci rübündə dövriyyə 18,7 milyard dollara çatıb.

Şirkətin rəhbəri və əsas səhmdarı Elon Maskdır. Bu şəxs hazırda 240 milyard dollar sərvəti ilə dünyanın ən zəngin insanı hesab edilir. Onun varidatının bu qədər yüksək olmasında əsas paya məhz "Tesla” sahibdir.

Mask bildirib ki, şirkət bu il 1,5 milyon ədəd avtomobil istehsal etməyə yaxındır. Onun proqnozuna görə, 2022-ci ilin 4-cü rübündə satışlar və gəlirlər daha çox artacaq. 

"Tesla” 2021-ci ildə 936 min ədəd avtomobil satıb.

"Tesla” avtomobillərinə tələbin sürətlə artması ABŞ-da və dünyada elektrik mühərriki ilə işləyən avtomobillərə tələbin ilbəil artması ilə bağlıdır. Son 5 ildə dünyada elektrik avtomobillərinin satışı 3 dəfədən çox artıb.


Vasif
Sfera.az

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO