Ağdamda Vətən müharibəsi qələbəsinin təbliği adlı tədbir keçirilib - FOTO 

Ağdamda Vətən müharibəsi qələbəsinin təbliği adlı tədbir keçirilib - FOTO 

Hazırda oxunan: Ağdamda Vətən müharibəsi qələbəsinin təbliği adlı tədbir keçirilib - FOTO 

99776

Ağdam rayon Mədəniyyət evində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Vətənpərvərliyin Təbliğatına Dəstək" İctimai Birliyinin (İB) "Vətən Əmanəti" yeniyetmə və gənclər arasında Vətən müharibəsi qələbəsinin təbliği adlı tədbir keçirilib.  

Bizim.Media-nın Qaarabağ bürosunun məlumatına görə, tədbirdə İB-in sədri və hərbi vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlı, Qarabağ qazisi Rey Kərimoğlu və hərbi jurnalist Səxavət Məmməd iştirak ediblər.  

Tədbir şəhidlərin xatirəsinin bir dəqiqəlik yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin oxunması ilə başlayıb. Daha sonra Rey Kərimoğlu müharibədən və qələbənin əhəmiyyətindən danışıb.

Rayon icra hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Samir Məmmədov çıxış edib. O, qələbə haqqında və bu qəlbənin Azərbaycana verəcəyi üstünlüklər barədə danışıb.
Hərbi jurnalist Səxavət Məmməd Vətən müharibəsindəki qələbənin önəmindən bəhs edərək, müharibəyə qədərki proseslər, müharibənin başlamasının səbəbləri və gedişatı barədə məlumat verib.

O, müharibənin qaçınılmaz olduğunu bildirib:

"30 ilə yaxın atəşkəs dönəmində Azərbaycan dövləti müharibəyə hər cür hazırlaşırdı. Təbii ki, erməni tərəfi də işğal etdiyi torpaqlarımızı əllərində saxlamaq üçün möhkəmlənirdi. Müharibəni qələbə ilə başa vurduq.

Qələbənin qədrini bilib, onu qorumaq isə hər kəsin borcudur". Tədbirin rəsmi hissəsi bitdikdən sonra Şəmistan Əlizamanlı hərbi vətənpərvərlik mahnıları ifa edib.  

Tədbirdə Rayon İcra Hakimiyyətinin əməkdaşları, qazilər, veteranlar, yeniyetmə və gənclər iştirak ediblər.  

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO