DTX-nin Mədəniyyət Mərkəzində Anım Günü ilə bağlı TƏDBİR - FOTO 

DTX-nin Mədəniyyət Mərkəzində Anım Günü ilə bağlı TƏDBİR - FOTO 

Hazırda oxunan: DTX-nin Mədəniyyət Mərkəzində Anım Günü ilə bağlı TƏDBİR - FOTO 

96132

27 Sentyabr - Anım Günü ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində Bakı Bələdiyyə Teatrının əməkdar artist, rejissor Bəhruz Vaqifoğlunun “Sən qayıdacaqsan” adlı pyesi əsasında hazırladığı eyniadlı tamaşa nümayiş olunub.

Bizim.Media xəbər verir ki, bu barədə  Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətinin məlumatında bildirilib.

Məlumata görə, tarix boyu Azərbaycan xalqına qarşı xüsusi amansızlıq və qəddarlıqla törədilən kütləvi qırğınlardan, müharibələrdə yaxınlarını itirən insanların acı taleyindən bəhs edən tamaşada Vətən müharibəsi iştirakçıları, DTX-nin əməkdaşları və Azərbaycan təhlükəsizlik orqanlarının veteranları, DTX-nin Heydər Əliyev adına Akademiyasının kursantları və hərbi hissəsinin əsgərləri iştirak ediblər.

Səhnə əsəri tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Bizim.Media







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO