Qarabağda ermənilərin törətdiyi ekoloji genosid və vurulan zərər barədə monoqrafiya hazırlanır.
Bizim.Media xəbər verir ki, bu barədə Coğrafiya İnstitutunun məlumatında bildirilir.
Məlumatda qeyd olunur ki, İnstitutun Elmi şurasının iclasında Qarabağın inkişafı ilə əlaqədar AMEA Rəyasət Heyətinin 12 yanvar 2021-ci il qərarına uyğun olaraq “Ekoloji genosidin vurduğu zərərlərin qiymətləndirilməsi” haqda albom-monoqrafiyanın hazırlanması ilə bağlı müzakirə aparılıb.
Həmçinin, Şuşa ilə bağlı ilin sonunadək nəşri baş tutacaq kitabın hazırlanmasının vəziyyəti, oktyabr-noyabr aylarında isə keçirilməsi nəzərdə tutulan konfranslara hazırlıq müzakirə olunub.
Bizim.Media