Parisdə Azərbaycan mədəniyyəti belə təbliğ olundu - FOTO

Parisdə Azərbaycan mədəniyyəti belə təbliğ olundu - FOTO

Hazırda oxunan: Parisdə Azərbaycan mədəniyyəti belə təbliğ olundu - FOTO

93174

Fransada fəaliyyət göstərən Fransa-Azərbaycan Dialoqu Assosiasiyası (ADFA) ölkəmizi Parisin 15-ci rayonunda ənənəvi “Assosiasiyalar Forumu”nda təmsil edib.

Bizim.Media xəbər verir ki, ənənəvi “Assosiasiyalar forumu” adlı mədəniyyət tədbiri Parisin 15-ci rayonunun meriyasının qarşısındakı meydanda təşkil olunub.

Burada müxtəlif sahələrdə fəaliyyət göstərən assosiasiyaların fəaliyyətini əks etdirən stendlər qurulub. Ziyarətçilərə assosiasiyalar haqqında məlumat verilərək, onların illik proqramları təqdim edilib.

Ərazidə quraşdırılmış stendlərdə Heydər Əliyev Fondu tərəfindən fransız dilində nəşr edilmiş Azərbaycan tarixi və mədəniyyətinə dair kitablar, mədəniyyətimizi əks etdirən milli əşyalar, geyimlər, xalça nümunələri, eləcə də şirniyyatlar təqdim olunub.

Parisin 15-ci rayonunun meri də Azərbaycan stendini ziyarət edib. ADFA-nın stendini ziyarət edənlərə assosiasiya, onun fəaliyyəti, eləcə də tariximiz və mədəniyyətimiz haqqında ətraflı məlumatlar verilib.

Parisdə yaşayan diaspora nümayəndələrimiz də ADFA-nın stendini ziyarət edib və fransızları tariximiz, mədəniyyətimiz haqqında məlumatlandırıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO