Caz həvəskarlarına ŞAD XƏBƏR - “Federiko Kasaqrande” triosu Bakıda çıxış edəcək

Caz həvəskarlarına ŞAD XƏBƏR - “Federiko Kasaqrande” triosu Bakıda çıxış edəcək

Hazırda oxunan: Caz həvəskarlarına ŞAD XƏBƏR - “Federiko Kasaqrande” triosu Bakıda çıxış edəcək

92931

XVII Bakı Beynəlxalq Caz Festivalın başlanmasına bir neçə gün qalır. Builki festivala dünyaca məşhur caz ustaları dəvət olunub. Onların sırasında caz həvəskarlarının çoxdan gözlədiyi “Federiko Kasaqrande” triosu da var.

Bizim.Media xəbər verir ki, əslən İtaliyadan olan Federiko Kasaqrande (gitara) səhnə yoldaşları Luka Fattorini (kontrabas) və Fulvio Siqurta (truba) ilə sentyabrın 28-də “Madrid Restobar”da çıxış edəcək.

Parisdə yaşayan Federiko Kasaqrande erkən yaşlarından İtaliyada klassik musiqi öyrənməyə başlayıb.

2003-cü ildə ABŞ-ın Boston şəhərinə “Berklee” Musiqi Kollecində Campaolo Qobbo, Sandro Cibellini, Tommaso Lama, Deyv Tronzo, Mik Qudrik, Rik Pekham, Qreg Hopkins, Ceff Qalindo, Harrison Fyuell, Deyv Santoro, Hel Kruk, Ed Tomassi kimi ifaçılarla təhsilini davam etdirib.

2007-ci ildə münsiflər heyətinin prezidenti Corc Bensonun iştirakı ilə keçirilən “Gibson Montrö Caz Festivalı” gitara müsabiqəsində birinci mükafatı qazanıb. O, qrupun lideri olaraq 11 albom buraxıb.

Federiko Kasaqrande İtaliya, ABŞ, Kanada, Danimarka, Avstriya, Estland, Latviya, Portuqaliya, İsveçrə, Fransa, Böyük Britaniya, Çin, Tayvan, Cənubi Koreya, Belçika, Ukrayna, Bolqarıstan, Makedoniya və Almaniyada çıxış edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO