Monqolustanın Ötükən bölgəsinin Xanqay silsiləsində Türk tarixinə işıq tutacaq yeni arxeoloji kəşfə imza atılıb.
Bizim.Media xəbər verir ki, Beynəlxalq Türk Akademiyasının Monqolustan Elmlər Akademiyası Arxeologiya İnstitutu ilə birgə elmi-arxeoloji ekspedisiyası Kültegin və Bilgə Xaqanın atası, Türk Xaqanlığının qurucusu Kutluq İltəriş Xaqanın yeni külliyyəsini aşkar edib.
Kompleksdə tapılan yeni daş kitabə üzərində türk və soğd dillərində mətnlər yer alıb.
"Ətraflı məlumat 24 avqustda Ulan-Batorda keçirəcəyimiz mətbuat konfransında açıqlanacaq!",- deyə Beynəlxalq Türk Akademiyasının vitse-prezidenti Füzuli Məcidli bildirib.
Bizim.Media
- A-
- A
- A+
Mədəniyyət
15:07 / 23.08.2022
Türk tarixinə aid yeni arxeoloji abidə tapıldı - FOTO
Hazırda oxunan: Türk tarixinə aid yeni arxeoloji abidə tapıldı - FOTO
Hazırda oxunan: Türk tarixinə aid yeni arxeoloji abidə tapıldı - FOTO
90030
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.