Brilliant dövlət başçısı və xanımına təşəkkür etdi: “Bizim üçün böyük şərəfdir”  

Brilliant dövlət başçısı və xanımına təşəkkür etdi: “Bizim üçün böyük şərəfdir”  

Hazırda oxunan: Brilliant dövlət başçısı və xanımına təşəkkür etdi: “Bizim üçün böyük şərəfdir”  

88259

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi “Instagram” hesabında İsmayıllı rayonunun Basqal qəsəbəsinə səfəri çərçivəsində çəkdiyi görüntüləri paylaşıb.  

Bizim.Media xəbər verir ki, sözügedən kadrlarda Prezident İlham Əliyevin avtomobili idarə etdiyi anlar yer alıb.  

Dövlət başçısı Xalq artisti Brilliant Dadaşovanın mahnısını dinləyib. Sənətçinin “Könlüm bir çiçək deyil” nəğməsi səslənib.

Sözügedən videonu sosial şəbəkə hesabında “repost” edən B.Dadaşova bu sözləri yazıb:  

“Ali Baş Komandanımız və Birinci vitse-prezidentimizin yorucu və çətin işlərində doğma musiqimizin onlara ruh yüksəkliyi verməsi bizim üçün böyük şərəfdir”.  

Rəşad Əliyev, Bizim.Media

 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO