Fransanın Strasburq şəhərində fəaliyyət göstərən “Kəpəz” nəşriyyatında Azərbaycan yazıçıları Şərif Ağayarın “Arzulardan sonrakı şəhər”, Nadir Adilmanın “O gələcəkmi?”, Reyhan Həsənovanın “Göydən üç alma düşdü”, Mübariz Örənin “Sodomor” kitabları işıq üzü görüb.
Bu barədə nəşriyyatın rəhbəri Nicat Kazımov məlumat verib.
O bildirib ki, kitablar artıq Fransanın böyük yayım şirkətlərinin satış siyahısına daxil edilib.
Kitablar nəşriyyat tərəfindən Fransanın nüfuzlu müsabiqələrinə təqdim ediləcək.
Mənbə: APA